Qırılmalar, Kəsiklər, İkitərəfli Deşiklər, Yanmış Sahələr
Qırılmalar və Kəsiklər
Xalçanın üstünə iti əşyalar düşdükdə, və yaxud da xalçanın üstü ilə ağır mebel daşındıqda, onun üzərində kəsiklər əmələ gələ bilər. Əgər xalça köhnəlibsə və onun sapları davamsızdır, o hətta maşın – avtomatda təmizlənərkən süzülə bilər. Qırılma xalçanın ya uzunu, ya da eni istiqamətində əmələ gələ bilər. Belə hallarda biz qırılan sapları lazım olan istiqamətdə bərpa edirik. Kəsiklərə gəldikdə, onlar adətən həm uzununa, həm də eninə gələn saplara zədə vururlar. Xalçalarda kəsiklər olduqda, onlara təkcə təmir yox, həm də bərpa tələb olunur, çünki bu halda xalçanın strukturu pozulur.
İkitərəfli Deşiklər
Xalçanın üstünə ağır əşyalar düşəndə, və yaxud güclü kimyəvi maddələrin, qüvvətli turşuların və yaxud qələvilərin təsirindən xalçanın üzərində ikitərəfli deşiklər əmələ gələ bilər. Belə deşiklər zədənin xarakterinə görə kəsikləri xatırladır, yəni xalçanın strukturu pozulur. Belə zədələr baş verdikdə mürəkkəb bərpa işi tələb olunur. Bərpaçı xalçaya uyğun sapları seçir, onları rəngləyir, sonra isə xalçanın itirilmiş hissəsini sıfırdan başlayaraq, bərpa etməli olur. Bu çox qəliz və xırda işdir. Bunun üçün böyük təcrübə və peşəkarlıq tələb olunur. “Ahmet Bayrakdar” emalatxanasında biz məmnuniyyətlə belə işi öz üzərimizə götürərik. Deşiyi olan həm ipək, həm də yun xalçanı bərpa etmək mümkündür.
Yanmış Sahələr
Təəssüf ki, yüksək temperaturun təsiri nəticəsində xalcalar cox tez dağılır.İsti kömür və yaxud isti metal əşyalar, siqaret külü xalcanın xovunu zədələyə bilər,hətta onu yandıra da bilər.Bərpa zamanı biz yanmış elementləri cıxarırıq və xovun bəzi hissələrini dəyişdiririk.