Xalçanın mənşəyindən asılı olaraq onun təmiri ilə müxtəlif ustalar məşğul olur. Məsələn, iran xalçalarının təmiri ilə İrandan olan ekspertlərimiz, türk xalçaları ilə – türk ustaları, çin xalçaları ilə – çin ustaları məşğul olur. Xalçaların təmiri və bərpası nəsildən nəsilə keçən əsl incəsənətdir. Qədim və antikvar xalçalara gündən – günə maraq artır.
Asiya ölkələrində ipək xalçaların təmirinə xüsusi maraq göstərilir. Maraqlı və vacib faktdır ki, 1 sm2 sahədə olan ilmələrin sayı 800-ə çatır.
Ahmet Bayrakdar – Özüm Haqda
Mən 1972 – ci ildə Ağsaray şəhərində anadan olmuşam, təhsilimi həmin şəhərdə almışam. Tələbə illərimdə bir xobbi kimi mən xalçaların təmiri ilə məşğul olmağa başladım və hal hazırda mən İstanbulda yerləşən emalatxanamda qədim və antikvar xalçaları peşəkarcasına bərpa edirəm.
1987 – 1994 illərdə mən usta köməkçisi kimi işləyib, bu incəsənətə yiyələnmişəm. Hələ həmin illərdə mən ciddi zədələnmiş xalçaların bərpası ilə məşğul olmağa başladım.
Bu iş peşəkarlıq tələb edirdi. Tezliklə mən uğur qazandım, çünki sevdiyim işlə məşğul idim. Beləliklə, 1994 – cü ildə “Ahmet Bayrakdar” adında öz emalatxanamı yaratdım. Gördüyüm işə vicdanla yanaşdığıma görə, çox qisa bir zamanda həm Türkiyədə, həm də əcnəbi ölkələrdə şöhrət qazandım.
1998 – ci ildə mən ilk dəfə olaraq Yaponiyada keçirilən xalça sərgisinə dəvət olundum. Orada mən xalçaçılığın əl texnikası və bərpası mövzusunda məruzə ilə çıxış etdim. O vaxtdan mən mütəmadi olaraq Yaponiyada, Cənubi Koreyada və Dubayda keçirilən sərgilərdə və xalçaçılıq sənəti ilə bağlı tədbirlərdə iştirak edirəm. Hal hazırda İstanbul şəhərində öz işimi davam etdirirəm. Dünyanın müxtəlif ölkələrindən olan əsl peşəkarlar komandası yığıb, birlikdə ən çətin sifarişləri qəbul edib, uğurla yerinə yetiririk.
Nə Üçün İstanbulda?
Demək olar ki, hər ölkədə kolleksiyaçılar, antikvarlar və qədim xalçalarla maraqlanan adi insanlar var. Lakin xalçanı bərpa etmək imkanı hər ölkədə olmur. Axı xalçanın bərpası təkcə təmir demək deyil. Bu həm bilik və təcrübə, həm də istedad tələb edən bir incəsənətdir. Burada hər bir ilmənin, hər bir sapın əhəmiyyəti vardır. Əl ilə toxunulan xalçaların istehsalı Türkiyədə çox inkişaf edib. Buna görə də burada xalçanı tanıyırlar, sevirlər və anlayırlar. Xalçaçılıq Türkiyə mədəniyyətinin bir hissəsidir, ənənəvi sənətidir. Əsl bərpaçı ustaların sayı dünyada çox azdır, və onların ən istedadlıları bizim emalatxanada çalışırlar. Biz müxtəlif zədələri olan hər növ xalçalarla işləyib, ən mürəkkəb bərpa işlərini yerinə yetiririk.
İstanbul çox rahat bir yerdə yerləşir. Hansı ölkədə yaşadığınızdan asılı olmayaraq, bu şəhərə gəlmək sizin üçün heç bir problem yaratmayacaq. Cəmi bir neçə saat təyyarə ilə uçuşdan sonra sizin xalçanız istedadlı ekspertlərin əlinə düşəcək.Bərpa məqsədi ilə bizə xalçanı verərkən, tam əmin ola bilərsiniz ki, bərpadan sonra siz xalçanın hansı yerində zədə olduğunu heç bilməyəcəksiniz. Siz xalçanı özünüz gətirə bilərsiniz və yaxud da nəqliyyat kompaniyası vasitəsi ilə göndərə bilərsiniz. Həmin yolla da xalçanı bərpadan sonra geri götürə bilərsiniz. Baxmayaraq ki, bütün fəaliyyətimiz boyu bircə dəfə də səhvə yol verilməyib, bizim işimiz sığortalanır və xalçanın göndərilməsinə biz tam zəmanət veririk. İlkin olaraq biz tamamilə pulsuz ekspert rəyini veririk. Siz həm də poçt vasitəsi ilə xalçanın foto şəklini göndərib, bizim cavabımızı ala bilərsiniz.