Xalça Təmiri
Antikvar və nadir xalçalar incəsənət əsərləridir! Əl ilə toxunan xalçaların əksəriyyətinin yaşı 100 ildən yuxarıdır. Onlar çox qiymətlidirlər, bahalıdırlar və onların dəyəri ildən – ilə artır. Antikvar xalçaların dəyərini qorumaq üçün, onlara qulluq etmək və peşəkar ixtisasçının nəzarəti altında saxlamaq lazımdır. Dəyərli məsləhətlər və tövsiyyələr almaq üçün belə xalçaları ildə ən azı bir dəfə bərpaçı ustaya göstərmək tələb olunur. Ola bilsin ki, xalçanın bəzi hissələrinə təmir işləri, və yaxud da xovun sürtülməsinin qarşısını almaq lazım olsun. Xalçanı kimyəvi təmizləməyə vermək tövsiyyə olunur. Orada əl işi olan xalçaların təmizlənməsi üçün zəruri avadanlığın və xovun təhlükəsizliyini qoruyan xüsusi vasitələrin mövcudluğuna diqqət yetirmək vacibdir. Xalçanın düzgün təmizlənməməsi onu bərpa etmək məcburiyyətinə gətirib çıxara bilər. Əgər siz istəyirsinizsə xalçanıza peşəkar usta baxıb öz rəyini versin, biz sizi böyük məmnuniyyətlə emalatxanamızda gözləyirik!