Xovlu Bərpası
Xovlu Rəngsizləşmə
Xalça öz təbii rəngini itirəndə,solğun olur,onun orijinallığı ,ornamenti öz cazibədarlığını itirir.Xovun solması xalçanın uzun müddət ərzində günəş şüaları altında qalmağı nəticəsində baş verir.Ultrabənövşəyi şüalar xalça üçün zərərlidir.Xalçalarınızı günəşdən qoruyun!Hovun solmasının ikinci səbəbi – onun qeyri-peşəkarlar tərəfindən düzgün təmizlənməməsidir.Müasir təmizləyici vasitələrin çoxu belə zədələrə gətirib çıxara bilər, əsasən də bu, ipək və yun xalçalara aiddir.Bəzi hallarda belə zədələr olduqda,xovun rənglənməsi kifayətdir.Bəzi hallarda isə xovu tam dəyişmək lazım gəlir.
Xovlu Deformasiya
Xovun deformasiyası daimi mexaniki təsirdən,mebelin qıçlarından və yaxud da məhlulların dağılması nəticəsində əmələ gəlir.Xovun deformasiyası baş verdikdə xalçanın üzərində ləkələr əmələ gəlir.Belə hallarda xovun deformasiyası helə dərəcəyə çatır ki,onun əvvəlki görünüşünü bərpasız qaytarmaq qeyri-mümkün olur.Əgər ipək xalça kobud fırça ilə təmizlənməyə məruz qalırsa,onun ipək xovu əyilir, və deformasiya olur.Təəssüf ki,belə halda yalnız xalçanın təmiri,korlanmış xovun tam çıxarılması və təzəsi ilə dəyişməsi kömək edə bilər.Bu çox mürəkkəb bərpa işidir.